İranda məscidin imamı güllələndi
    • 3-11-2022, 19:35
    • 308

İranda məscidin imamı güllələndi

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində məscidin imamına odlu silahdan atəş açılıb.

News24.az xəbər verir ki, bu barədə Sistan və Bəlucistan əyalətinin Baş Polis İdarəsi məlumat yayıb.

Məlumata görə, silahlı şəxslər "Mövlayi Müttəqiyan" məscidinin imamı ruhani Səcad Şəhraki məscidin qarşısında güllələyiblər.

İmamın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Cinayəti törədən şəxslərin tutulması üçün işlər davam etdirilir.