-
- 11-04-2023, 11:16
- 392
Separatçılar Bakıya “təklif” göndərdi
Rus sülhməramlıların məsuliyyət zonasında məskunlaşan erməni separatçıları Bakıya “təklif” göndərib.
News24.az axar.az-a istinadən xəbər verir ki, erməni mediasında yayılan məlumatda təklifin rus sülhməramlılar vasitəsilə çatdırıldığı bildirilib.
Separatçılar “humanitar məsələlərin müzakirəsi üçün” sülhməramlıların vasitəçiliyi ilə onların dislokasiya olunduğu Azərbaycan ərazisində görüşün keçirilməsini istəyiblər.
Qeyd edək ki, Azərbaycan erməni icmasını inteqrasiya məsələlərini müzakirə etmək üçün Bakıya dəvət etmişdi. Lakin erməni separatçılar bundan imtina etməklə yanaşı, təklifə tərəfdar olan Qarabağdakı erməni icması üzvlərini təhdid etməyə də başladılar.