Prezidentin sərəncamından xəbərsiz Aqil Abbas: “İlk sizdən eşitdim, sürpriz oldu...”
    • 11-04-2023, 13:54
    • 473

Prezidentin sərəncamından xəbərsiz Aqil Abbas: “İlk sizdən eşitdim, sürpriz oldu...”

Xəbər verdiyimiz kimi, Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Millət vəkili Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.

News24.az-ın əməkdaşı deputatın təəssüratlarını öyrənmək üçün onunla əlaqə saxlayıb.

O, saytımıza açıqlamasında bu fikirləri bölüşüb: “Sərəncamdan xəbərsiz idim, ilk sizdən eşitdim. Ölkə başçısına fəaliyyətimə qiymət və dəyər verdiyi üçün xüsusi təşəkkür edirəm. Sürpriz oldu”.