"Bu gün bütün İslam dünyası seçki prosesini diqqətlə izləyir"
    • 11-04-2023, 16:21
    • 189

"Bu gün bütün İslam dünyası seçki prosesini diqqətlə izləyir"

“Millətimiz tarix boyu hər dəfə iradə göstərib”

News24.az
xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada seçki bəyannaməsi və millət vəkillərinin təqdim olunma mərasimindəki çıxışda deyib.

O bildirib ki, son 20 ildə hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) inkişaf üçün çalışıb:

“Türkiyə yüz ili ancaq bizim deyil, bütün dostlarımızın, qardaşlarımızın, o cümlədən Balkanlardan Qafqaza qədər hər kəsin ortaq perspektividir. Bu gün bütün İslam dünyası seçki prosesini diqqətlə izləyir”.

Ərdoğan qeyd edib ki, bu coğrafiyada mövcudluğunu qorumaq üçün güclü olmaq şərtdir.