-
- 23-01-2023, 21:47
- 318
Ərdoğan: "14 may seçkilər üçün ən uyğun tarixdir"
"Türkiyədə prezident və parlament seçkiləri üçün ən uyğun tarix mayın 14-nü hesab edirəm".
News24.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında deyib.
"Məlum olduğu kimi, prezident və parlament seçkilərinin normal vaxtı iyunun 18-dir. Lakin biz bu tarixi yeniləməyə ehtiyac duyduq. Çünki bu tarix Qurban bayramı ilə üst-üstə düşür. Parlamentimiz lazımi səs çoxluğunu toplamasa, mən prezident kimi qərar qəbul edəcəyəm", - Türkiyə lideri vurğulayıb.
Onun sözlərinə görə, bu seçki prezident və deputatların birlikdə seçilməsinə imkan verən ikinci seçki olacaq.