Rusiyada kənd külün altında qaldı - FOTOLAR
    • 11-04-2023, 17:49
    • 156

Rusiyada kənd külün altında qaldı - FOTOLAR

Rusiyanın ən aktiv vulkanı Şiveluçun püskürməsindən sonra bölgədəki kəndlər külün altında qalıb.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, kül buludu təxminən 108 kvadrat kilometr əraziyə yayılıb.

Rəsmilər ərazidə sel uçqunlarının ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd edək ki, vulkanda son on min ildə 60 böyük püskürmə baş verib. Sonuncu püskürmə isə 2007-ci ildə olub. 

Qumral Əliyeva