Palçıq vulkanının püskürməsi nətivcəsində  radial çatlar əmələ gəldi - AZƏRBAYCANDA
    • 29-05-2019, 12:32
    • 1 066

Palçıq vulkanının püskürməsi nətivcəsində radial çatlar əmələ gəldi - AZƏRBAYCANDA

Məlikçobanlı palçıq vulkanında monitorinqlər və ölçmə işləri başa çatıb. Bunu jurnalistlərə açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov bildirib. 

News24.az xəbər verir ki, mayın 27-də Şamaxı şəhərinin 12 km cənub qərbində püskürən Məlikçobanlı palçıq vulkanında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən monitorinq və müvafiq ölçmə işləri aparılıb. 

Monitorinqlərin nəticələrinə görə, vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 0,5 hektara qədər əraziyə yayılıb. Vulkanın krateri püskürmə məhsulları ilə örtülüb, 150 metr uzunluğunda radial çatlar əmələ gəlib. Püskürmə məhsullarının qalınlığı vulkanın mərkəzində 1 metrə yaxın, kənarlarda isə 0,2 metr təşkil edib. Hazırda vulkan aktivliyini tam dayandırıb.

Sözügedən vulkan 1810-cu ildə qeydə alınıb və bu günədək 4 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1977-ci ildə baş verib.