Zod qızıl mədənində işlər dayandırıldı, işçilər təxliyə edildi

Zod qızıl mədənində işlər dayandırıldı, işçilər təxliyə edildi Maraqlı
Basarkeçər bölgəsində atışmanın baş verməsi səbəbindən Zod mədənində işlər müvəqqəti dayandırılıb, işçilər təxliyə edilib.

News24.az xəbər verir ki, bu barədə erməni mediası məlumat verib.

“Saat 17:15 radələrində atışma baş verib və şirkət əməkdaşların təhlükəsizliyini təmin etmək məqsədilə şaxtanın fəaliyyətini dayandırmağa və bütün şəxsi evakuasiya etməyə məcbur olub. Hazırda mədən işləmir" - məlumatda deyilir.