Laçında şəhid olan hərbçimizlə Ağstafada vida mərasimi keçirilir - FOTO
    • 12-04-2023, 11:49
    • 278

Laçında şəhid olan hərbçimizlə Ağstafada vida mərasimi keçirilir - FOTO

Aprelin 11-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun Laçın istiqamətindəki mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Elşad Qabil oğlu Həsənovla Ağstafada vida mərasimi keçirilir.

News24.az apa-ya istinadən xəbər verir ki, şəhidin nəşi doğulduğu Xətai kəndinə, yaşadığı evə gətirilib.

Şəhidlə vida mərasimindən yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Şəhid kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Elşad Həsənov 3 ay əvvəl ailə qurub.

Xatırladaq ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşə tutması nəticəsində 3 hərbçimiz şəhid olub, yaralananlar var.