-
- 12-04-2023, 16:27
- 7 187
Qanda dəmirin çoxluğu bu orqanları zədələyir
"Orqanizmdə dəmirə böyük ehtiyac var. Orqanizmdə dəmir çatışmaması hemoqlabinin sintezində böyük problemlər yaradır".
News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, pediatr Tərlan Əyyubov deyib.
Onun sözlərinə görə, qanda dəmirin həddindən artıq çox olması da fəsadlar yaradır: "Qanda dəmir həddindən çox olanda xayalara, qara ciyərə, mədəaltı vəzə hopur və bu orqanların fəaliyyətini pozur. Dəmir elə bir elementdir ki, o qandan özbaşına çıxmır. Bunun üçün ya qan axma olmalıdır, ya da başqa vasitələrlə çıxarılmalıdır. Ona görə də qanda dəmirin miqdarını yoxlamadan dərman preparatları qəbul etmək olmaz".
Pediatr əlavə edib ki, qanda dəmirin miqdarı aşağı düşübsə, onu qaldırmaq üçün mütləq preparatlardan istifadə etmək lazımdır.
Qumral Əliyeva