Qanda hemoqlobinin miqdarını qaldıran 6 məhsul - Mütəxəssislər tövsiyə edir...
    • 23-10-2018, 20:00
    • 1 089

Qanda hemoqlobinin miqdarını qaldıran 6 məhsul - Mütəxəssislər tövsiyə edir...

Mütəxəssislər hesab edir ki, qanda hemoqlobini artırıb zəruri səviyyəyə çatdırmaq üçün, yemək menyüsünə bəzi ərzaqları əlavə etmək lazımdır.

1. Kök şirəsi. Əgər həftədə 3-4 dəfə bir stəkan içsəniz daha faydalı olar. Bir stəkan şirə üçün 500 qram kök lazımdır.
2. Çiyələk və yabanı çiyələk. Təbii, emal olunmamış, daha təzə məhsullar yaxşı nəticələr verəcək.
3. Çuğundur. Onu silgəcdə də təmizləmək və şirəsindən istifadə etmək olar.
4. Bal, qoz və quşüzümündən olan resept. Qanda zülalı artırmaq üçün ən yaxşı vasitədir. Eyni həcmdə qarışdırmaq olar. Yaxşı olar ki, hazırlayan kimi kiçik porsiyalarla qəbul edəsiniz.
5. Ot qarışığı. Iki yemək qaşığı gicitkan və böyürtkən yarpağı, həmçinin üç yemək qaşığı çobansüzgəci və çobanyastağı götürün. Hamısını doğramaq, sonra qarışdırmaq və termosa töküb 700 qram qaynamış su tökmək. Yaranmış mayeni gündə üç dəfə bir stəkan içmək.
6. İtburnu balla. Balla itburnunu içmək yalnız immunitet üçün deyil, ümumi həyat gücünü və hemoqlobini də artırmağa faydalıdır.
//moderator.az