Məktəbdəki saçyolduya görə Təhsil Nazirliyi araşdırmaya başlayıb
    • 9-02-2019, 11:51
    • 1 206

Məktəbdəki saçyolduya görə Təhsil Nazirliyi araşdırmaya başlayıb

"Sosial şəbəkələrdə yayılmış iki qadının davası haqda məlumatımız var. Lakin olayın hansı təhsil ocağında baş verdiyini hələ dəqiq bilmirik".

Bunu News24.Az-a açıqlamasında Təhsil Nazirliyin İçtimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. 

C. Valehoğlu onu da bildirib ki, görüntülərlə bağlı araşdırmalara başlanılıb. Dəqiq məlumat əldə edildikdən sonra bu haqda tam açıqlama veriləcək.

Xatırladaq ki, sosial şəbəkələrdə iki qadının saçyoldu davası olan video yayılıb. Olayın Gəncə şəhərindəki 10 saylı orta məktəbdə baş verdiyi, saçyoldunun valideyin və məktəb direktorunun arasında olduğu şərh edilib.

Azər NƏSİBOV