Bakının mərkəzi küçəsində 18 yaşlı qızı döydülər
    • 12-04-2023, 17:23
    • 281

Bakının mərkəzi küçəsində 18 yaşlı qızı döydülər

Bakının mərkəzi küçələrindən olan Koroğlu Rəhimov küçəsində gənc qız vəhşicəsinə döyülüb.

News24.az xəbər verir ki, hadisə gecə saat 01:00 radələrində baş verib. Naməlum şəxs metronun “Gənclik” stansiyasının yaxınlığında 18 yaşlı Qəmər Əhmədovanı döyərək xəsarətlər yetirib.

Gənc qız onu döyən şəxsin Həmzə adında gənc olduğunu deyib.

Baş vermiş xuliqanlıq hadisəsi ilə bağlı Nərimanov rayon polis İdarəsinin 18-ci Polis Bölməsində araşdırma aparılır.

Taleh Bağırov