Fermerlərə YENİ XƏBƏR:
    • 2-09-2019, 16:13
    • 890

Fermerlərə YENİ XƏBƏR: "Bu, inqilabi prosesdir" - nazir müavini

“Azərbaycanda gələn ildən fermerlərə subsidiyaların yeni qaydalarla verilməsi şəffaflığı təmin etmək üçün çox ciddi mexanizm və inqilabi hadisədir”

News24.az xəbər verir ki, bunu Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev bildirib.

Nazir müavini vurğulayıb ki, hər bir fermer Elektron Kənd Təsərrüfatı Sistemində əkəcəyi sistem barədə bəyan etməlidir. Bütün göstəricilər öz əksini tapdıqdan sonra fermerə fermer kartı verilir. Köçürülən məbləğin 25 faizi nağdlaşdırılır. Subsidiyaların verilməsində əsas icraçı orqan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyidir. Hazırda təlimçilər fermerləri məlumatlandırmağa hazırlaşırlar".

Azərbaycanda subsidiya qaydalarının müəyyən edilməsi ilə bağlı Subsidiya Şurası müəyyənləşdirilmişdi:" Aqrar Subsidiya Şurası dəfələrlə müzakirə apararaq, əmsalları müəyyənləşib.

Xatırladaq ki, Aqrar Subsidiya Şurasının avqustun 29-da keçirilmiş iclasında, Prezident İlham Əliyevin bu il iyunun 27-də təsdiqlədiyi “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası”na əsasən qəbul edilib. Qərara əsasən, fermerlərə subsidiya verilməsi üçün müxtəlif bitki növləri üzrə əkin əmsalları müəyyən edilib. Həmin əmsallar baza məbləğinə (200 manat) vurulacaq və bu yolla əkin subdisiyalarının məbləği müəyyən ediləcək.

Afaq Mirayiq