Azyaşlı şagirdlə cinsi əlaqə olan qadın müəllimi həbs etmədilər - SƏBƏB
    • 13-04-2023, 09:29
    • 251

Azyaşlı şagirdlə cinsi əlaqə olan qadın müəllimi həbs etmədilər - SƏBƏB

ABŞ-ın İllinoys ştatında müəllim şagirdi ilə cinsi əlaqədə olduğu üçün məhkəməyə verilsə də, həbsdən yayına bilib.

News24.az
xəbər verir ki, hadisə 2022-ci ilin noyabrında baş verib.

Qalmaqalın mərkəzində hazırda isə Çikaqoda yaşayan 24 yaşlı Ana Li D'Ettore olub. Qadın may ayından avqust ayına kimi bir neçə ay cinsi əlaqədə olduğu Ohayo ştatında məktəbdə şagirdi yoldan çıxarmaqda günahlandırılıb.

Həmin vaxt o, məktəbdə təcrübə keçib. Bundan başqa, müəllim “yetkinlik yaşına çatmayanlar üçün zərərli məlumat yaymaqda” ittiham olunub.

Məktəblinin yaşı dəqiqləşdirilməsə də, məhkəmə sənədləri oğlanın "13-16 yaş arasında olduğunu" göstərilib. 

Müəllim günahını etiraf edib və istintaqa köməklik göstərib.

Məhkəmə qadının azyaşlı ilə məktəb ərazisində deyil, praktikasını bitirdikdən sonra görüşdüyünü nəzərə alıb.

Qadın müəllimə beş il şərti cəza verilib. İndi o, şahidsiz yetkinlik yaşına çatmayanlarla ünsiyyət qura bilməyəcək, 25 il ərzində hər altı aydan bir yaşayış yeri barədə hesabat verməli olacaq.

Qadın seksual cinayət törədənlər siyahısına əlavə edilib. /Ren TV/