Zaqatalada azyaşlı qızla cinsi əlaqədə olub xəsarətlər yetirən şəxs tutuldu
    • 20-06-2022, 12:32
    • 563

Zaqatalada azyaşlı qızla cinsi əlaqədə olub xəsarətlər yetirən şəxs tutuldu

Zaqatala rayonunda yetkinlik yaşına çatmayan qızla qeyri-təbii yolla cinsi əlaqədə olan və ona xəsarətlər yetirən 1992-ci il təvəllüdlü Oruc Əhmədov həbs edilib.

News24.az-ın məlumatına görə, Oruc barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

Məlum olub ki, Zaqatala şəhəri İmam Şamil küçəsində yaşayan Oruc 15 yaşlı Lamiyənin (şərti adlı) mobil nömrəsini taparaq ona dəfələrlə zəng edib, həmçinin sms-lər yazıb. Daha sonra onların arasında münasibətlər yaranıb və Oruc dostuna məxsus “Nissan” markalı avtomobili götürərək Lamiyəni dəfələrlə şəhərin kənar hissəsinə apararaq orada vaxt keçiriblər. Son olaraq Orucun 15 yalı qızla qeyri-təbii yolla cinsi əlaqədə olması zamanı qızın xəsarət alması və səhhətində problem yaranmasından sonra valideynləri məsələdən xəbər tutublar və hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Məlum olub ki, Orucla yanaş Zaqatala şəhərində yaşayan Rəsul adlı şəxs də azyaşlı qızla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Zaqatala rayon Məhkəməsində keçirilən prosesdə Oruc bildirib ki, Lamiyə ilə münasibətinin olmasından onun bibisinin məlumatı olub. O, həmçinin 15 yaşlı qızla cinsi əlaqədə olmadığını bildirib.

Zərərçəkmiş qız və ailəsi isə artıq Orucdan şikayətçi olmadqlarını, onunla baırşdıqlarını bildiriblər.

Zaqatala rayon Məhkəməsi Oruc Əhmədovu Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilib. Məhkəmə onu 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.