-
- 13-04-2023, 10:08
- 272
Gülcan Nağıyeva işdən çıxarıldı – VİDEO
Xətai rayonunda yerləşən 3 saylı uşaq evi haqqında qalmaqal səngimək bilmir.
News24.az Azxeber.com-a istinadən xəbər verir ki, uşaq evində tərbiyəçi köməkçisi çalışan və uşaq evindən videolar paylaşan, oradakı şəraitə etiraz edən Gülcan Nağıyeva işdən azad olunub.
Bu haqda onun özü məlumat verib. Gülcan Nağıyeva dünən işdən çıxarıldığını bildirib:
“Mən 3 saylı uşaq evində tərbiyəçi köməkçisi vəzifəsində çalışırdım. Uşaqların haqqını tələb etdiyim üçün işdən azad etdilər. Mən özüm də uşaq evində böyümüşəm, ona görə də daim uşaqların haqqını tələb etmişəm. İndi mən 3 uşaq anası və ən əsası əsgər anası olaraq işsiz qalmışam”.
O işdən azad olmağıma səbəb kimi oradan yaydığı videoları göstərib:
“Tam əminliklə deyə bilərəm ki, işdən azad olunmağıma səbəb uşaq evindən çəkib paylaşdığım videolardır. Həmin videolarda uşaqlara olan qulluq, onların necə qidalandığı haqda məlumat vermişəm. Hazırda orada olan uşaqların haqqını tələb etdiyim üçün işdən azad olunmuşam.
Dünən uşaq evinin direktoru 73 yaşlı Məhbubə xanım məni çağırıb əmək kitabçamı təqdim etdi. Əmək Müqaviləsinin 70ç yarımbəndinə əsaslanaraq işimə xitam verildi. Dünən əmək kitabçam mənə verilərkən irəli sürülən ittihamların sübut olunmasını istədim. Uşaq evinin hər tərəfi kamera olduğu üçün etdiyim “yanlışlığın” sübut olunması çox asan idi. Ancaq mənə heç bir şey deyilmədi, sadəcə belə qərara gəlindiyi bildirildi. Bu, çox ədalətsizlikdir. Necə olur 73 yaşlı qadın bu gün işləyir, ancaq uşaqların hüququnu tələb edən 41 yaşlı tərbiyəçi haqqı tələb etdiyi üçün işdən azad olunur. Mən ölənə qədər uşaqların haqqının tapdalanmasına razı olmayacağam”.
Gülcan xanım bundan öncə də işdən azad olunduğunu bildirib:
“Məhbubə xanım bundan öncə də uşaqlara şiddət tətbiq etdiyimi bildirərək məni işdən azad etmişdi. Ancaq şikayətimdən 6 ay sonra yenidən işimə bərpa olunmuşdum. İndi də sonuna qədər haqqımı tələb edəcəyəm”.
3 saylı uşaq evinin direktoru Məhbubə Hüseynova Gülcan Nağıyevanın işdən azad olunmasında onun çəkdiyi videolarla heç bir əlaqənin olmadığını bildirib:
“Kollektiv ondan narazı idi. Uşaq evinə Ombudsman Aparatından yoxlama gəlib. Bütün tərbiyəçiləri tək-tək yoxlayıblar. Aparılan söhbətlərdə uşaqlar ondan şikayət edib, döydüyünü bildiriblər. Onun çəkdiyi videolar boş şeydir. Biz onu saya da almırıq. İndi bütün dünya o işlə məşğuldur”.
M.Hüseynova Gülcan Nağıyevaya başqa iş də təklif etdiyini bildirib:
“Mən Gülcanı çağırıb onu başqa işlə təmin etməyi təklif etdim. Mühasiblik kursunu bitirib işə başlamağını təklif etdim. Ancaq o, əvvəlcə fikirləşəcəyini desə də, sonradan razılaşmadı”.
Gülcan xanımın yenidən uşaq evinə qayıda bilməyəcəyini deyən M.Hüseynova bu qərarın yekun olduğunu bildirib:
“O yenidən uşaq evindəki işinə qayıda bilməz. Həmkarlar İttifaqı tərəfindən çağırılan iclasda o, tutduğu vəzifədən azad olunub. Gülcan Nağıyeva işdən Həmkarlar İttifaqının yekun qərarına və 45 nəfərin rəyinə əsasən işdən azad olunub”.
Qeyd edək ki, bir müddət əvvəl, sosial şəbəkələrdə 3 saylı uşaq evində qalan yeniyetmə həmin uşaq evi ilə bağlı şikayətini bildirmişdi. Qeyd etmişdi ki, müəssisədə uşaqlara quru çörək verirlər.