-
- 18-01-2020, 11:27
- 1 243
Suraxanıda uşağı döyən müəllimə İŞDƏN ÇIXARILDI- VİDEO
Bu gün bəzi elektron informasiya vasitələrində Suraxanı rayonundakı 2 nömrəli Uşaq Evində müəllim tərəfindən uşaqlardan birinin döyülməsi ilə bağlı məlumat və video görüntülər yayımlanıb.
Bu barədə News24.az-a Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən verilən məlumata görə, İdarə tərəfindən Uşaq bağçaları və Uşaq evlərində sistematik olaraq reydlər və yoxlamalar aparılır, aşkar edilmiş faktlarla bağlı müvafiq tədbirlər görülür.
Qeyd edilmiş hadisə ötən ilin dekabr ayında baş verib. Məsələni araşdıran komissiyanın qərarına əsasən dekabr ayında müəllimə Elnurə Qüdrət qızı Məmmədova bu və yol verdiyi digər nöqsanlara görə işdən azad olundu.