Lamiyyə Ələkbərqızı: “İki əsgər böyüdürəm” – FOTOLAR - VİDEO
    • 26-06-2018, 14:37
    • 1 711

Lamiyyə Ələkbərqızı: “İki əsgər böyüdürəm” – FOTOLAR - VİDEO

Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyinə tanınmış teleaparıcı Lamiyyə Ələkbərqızı da biganə qalmayıb. 

Belə ki, L. Ələkbərqızı gənc ifaçı Əhməd Mustafayevlə birgə sözləri Şahin Musaoğluna aid olan “Cənab Leytenant” mahnısını ifa edib. 

Teleaparıcı həmçinin oğulları Ayxan və Nicatla birgə vətənpərvərlik mövzusunda fotosessiya da etdirib.

“Mən də vətəmin üçün iki əsgər böyüdürəm. Ümid edirəm ki, onlar da ordumuza layiqli əsgər olacaqlar. Hər bir azərbaycanlının qəlbində qeyrət və vətəninə sevgisi olmalıdır”.

Qeyd edək ki, sözügedən foto və videoların müəllifi fotoqraf Pərviz Salıyevdir. 

Teymur Məmmədov