-
- 6-09-2018, 16:30
- 3 795
Lamiyyə Ələkbərova AzTv-yə qayıtdı
Tanınmış teleaparıcı Lamiyyə Ələkbərovaya yeni vəzifə verilib.
News24.az xəbər verir ki, illərdir televiziya sahəsində fəaliyyət göstərən L.Ələkbərova bir neçə müddətdir ki, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalında direktor müavini vəzifəsinə təyin edilib.Qeyd edək ki, Lamiyyə Ələkbərova 1995-ci ildən 2006-ci ilə dək AzTv-də çalışıb. O, daha sonra 11 il “Lider” Tv-də fəaliyyət göstərib.
Aparıcı yaradıcılığının 1 ilini “İctimai” televiziyada Musiqili Əyləncə və Xüsusi proqramlar Departamentinin direktoru vəzifəsini icra edib.
//News24.az