Parlamentdə saxta bomba həyəcanı - Deputatlar təxliyə olundu
    • 13-04-2023, 16:08
    • 269

Parlamentdə saxta bomba həyəcanı - Deputatlar təxliyə olundu

Hollandiyanın Haaqa şəhərində yerləşən parlament binası bomba təhlükəsinə görə boşaldılıb.

News24.az
xəbər verir ki, araşdırmalardan sonra bombanın saxta olduğunu məlum olub. 

Hollandiyalı anti-islam siyasətçisi Geert Vilders bombanın onu təhdid etmək üçün göndərildiyini deyib: 

"Mənə göndərilən bağlama parlamentin poçt otağına qoyulub. Xoşbəxtlikdən bomba saxta olub və heç bir təhlükəsi olmayıb".

Deputat illərdir ölüm təhlükəsi ilə yaşadığını və təhdid edildiyini deyib./TRT Haber/

Qumral Əliyeva