İngiltərəyə uçan təyyarədə bomba təhlükəsi
    • 5-12-2022, 09:52
    • 291

İngiltərəyə uçan təyyarədə bomba təhlükəsi

Polşanın Krakov şəhərindən İngiltərənin Bristol şəhərinə uçan təyyarədə bomba həyəcanı yaşanıb. 

News24.az
xəbər verir ki, təyyarədə əldəqayırma partlayıcının olması ilə bağlı şübhələrə görə, təyyarə Çexiya hava limanına yönləndirilib.

Praqa Hava Limanının rəsmi "Twitter" hesabında bildirilib ki, təyyarə saat 22:50-də təhlükəsiz şəkildə eniş edib.

Sərnişinlərin və bütün hava hərəkətlərinin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş bütün tədbirlər Çexiya polisi tərəfindən həyata keçirilib. 

Axtarış və yoxlama aparıldıqdan sonra sərnişinlərə təyyarəni tərk etməyə icazə verilib. /NTV Türkiyə/

Teymur Məmmədov