Ronaldonun yeni baş məşqçisi bilindi
    • 13-04-2023, 20:14
    • 224

Ronaldonun yeni baş məşqçisi bilindi

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu baş məşqçisi Rudi Qarsiyanın istefaya göndərilməsini rəsmən açıqlayıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, fransalı mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib. Rudi Qarsiya ötən ilin yayından komandaya rəhbərlik edirdi.

Kriştiano Ronaldonun çıxış etdiyi komandanın yeni baş məşqçisi də müəyyənləşib. Klubun açıqlamasında bildirilib ki, buna qədər Ər-Riyad təmsilçisinin U-19 komandasını çalışdıran xorvatiyalı Dinko Jeliçiç əsas komandanın baş məşqçisi təyin edilib.

Qeyd edək ki, Qarsiyanın istefaya göndərilməsinə Kriştiano Ronaldo ilə arasındakı fikir ayrılıqlarının səbəb olduğu iddia olunur.