-
- 14-04-2023, 12:35
- 673
Bakıda gecə restorana gedən vəzifəli şəxs ŞOK YAŞADI
Bakıda vəzifəli şəxsin avtomobilindən xeyli miqdarda pul və bahalı əşyaları oğurlayan şəxs həbs edilib.
News24.az-ın əldə etdiyi məlumata görə, hadisə 28 avqust 2022-ci il tarixdə saat 22 radələrində Bakının mərkəzində yerləşən “Sevgi” parkının qarşısında baş verib. 1980-ci il təvəllüdlü Xəyal Tanrıverdiyev parkın qarşısında dayanmış “Volkswagen” markalı *-AZ-** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda işığın yanmasını görüb həmin avtomobilə yaxınlaşaraq qapılarının kilidlənmədiyini və ətrafda kənar şəxslərin olmadığını görərək oğurluq edib. O, avtomobildən “Mont Blanc” markalı 250 manat dəyərindəki pul kisəsini və pul kisəsindəki dəyəri 1 manat olan üzərində “Le Meridien” sözləri yazılmış qələmi, həmçinin 9000 manat, Azərbaycan manatının həmin dövrə məzənnəsi ilə 11900 manat təşkil edən 7000 ABŞ dolları, 119 manat 38 qəpik təşkil edən 200 Gürcüstan larisi, 28 manat 08 qəpik təşkil edən 300 Türkiyə lirəsi, 168 manat 56 qəpik təşkil edən 100 Avro məbləğində pulları gizli götürüb. Xəyal avtomobildən ümumilikdə 21 467 manatlıq oğurluq edib.
Araşdırmalar zamanı məxsus olub ki, avtomobil şirkətlərdən birinə məxsusdur və vəzifəli şəxs etibarnamə əsasında idarə edir. Həmin şəxs ifadəsində bildirib ki, hadisə vaxtı restoranda olub: “Avtomobili “Sevgi” parkının yaxınlığında park edib yaxındakı “Noğul” restoranına getdim. Restoranda qohumlarımla oturduq, saat 00:45 dəqiqədə oradan çıxdım və avtomobilə yaxınlaşdıqda ön sağ pəncərəsinin biraz açıq olduğunu gördüm. Maşından oğurluq edildiyini bilən kimi polisə məlumat verdim”.
Zərərçəkən şəxs bildirib ki, hadisədən 20 gün sonra oğurluğu edən şəxs tutulub və onun pulları və əşyaları geri qaytarılıb.
Xəyal Tanrıverdiyev isə ifadəsində deyib ki, hadisə baş verən gün serebrial iflic xəstəsi olan və əlil arabasından istifadə edən övladını parkda gəzidirib. O, uşağı evə qoyandan sonra yenidən park istiqamətinə gedib və həmin hadisəni törədib. Həbs edilmiş şəxs bildirib ki, cinayətin üstü açılandan sonra özü və həyat yoldaşı pulları və əşyaları geri qaytarıb.
Vəzifəli şəxs də Xəyaldan şikayətçi olmadığını deyib.
Xətai Rayon Məhkəməsinin 4 aprel tarixli hökmü ilə təqsirləndirilən şəxsə 3 il həbs cəzası verilib.
Taleh BAĞIROV