-
- 9-02-2019, 17:33
- 1 370
Ölən aktyorun qardaşı: "Qardaşımın həyatı hər kəsə dərs olmalıdır" - FOTO
2013-cü ildə şəkər xəstəliyindən ayağının biri kəsilən, fevralın 7-si isə müalicə aldığı xəstəxanada vəfat edən türk aktyoru Yalçın Menteş bu gün dəfn edilib.
59 yaşında dünyasını dəyişən aktyorun qardaşı Tibet Menteş ürək ağrısı ilə onun səhhətini qorumadığını, sanki intihara cəhd edirmiş kimi tez-tez siqaret çəkdiyini və spirtli içkilər qəbul etdiyini bildirib.
Aktyorun əslində yaxşı insan, hər kəsə yardım etməyi sevən biri olduğunu vurğulayan T. Menteş deyib ki, qardaşının həyatı hər kəs üçün dərs olmalıdır. O, gənclərin bundan nəticə çıxararaq, siqaret çəkmək və spirtli içki qəbul etmək kimi pis adətlərdən uzaq durmalarını tövsiyə edib.
News24.Az