Asprin, analgin və kapotena təhlükəlidir - Həkim
    • 14-04-2023, 17:43
    • 241

Asprin, analgin və kapotena təhlükəlidir - Həkim

Xəstələrin çox istifadə etdiyi populyar asprin, analgin və kapotena pereparatları çox vaxr xəstələr üçün təhlükəli ola bilər.

News24.az xəbər verir ki, həkim – terapevt İrina Yelfimovanın sözlərinə görə, aspirin, analgin və kapoten qəbul etmək disfunksional və potensial təhlükəlidir.

Mədə xorası olan insanlarda aspirindən istifadə patoloji simptomları, o cümlədən ürəkbulanma və qarın ağrılarını kəskinləşdirə bilər.

Analginə gəldikdə isə, həkim bu dərmanı qeyri-steroid antiinflamatuar dərmanlara allergiyası olan insanlar üçün təhlükəli adlandırdı.
Əgər belə bir xüsusiyyət varsa, bu zaman analgin qəbulu nəticəsində dəridə qurumalar, ağızda və boğazda selikli toxumaların şişməsi, sonra isə boğulma ola bilər.

Uzun müddət istifadəsi ilə analgin trombositlərin və ya lökositlərin azalması ilə bir qan xəstəliyinin inkişafına səbəb ola bilər.

Kapoten pereparatını hipertoniya diaqnozu qoyulmamış insanların qəbulu qətiyyən olmaz.

Bu dərmanın istifadəsi ürəkgetmə, yuxu pozğunluğu, başgicəllənmə, aritmiya ilə qan təzyiqinin çox güclü azalması kimi problemlərlə doludur./medicina.az/