-
- 14-04-2023, 23:23
- 503
İrəvanda barbarlıq: Azərbaycan bayrağı yandırıldı – VİDEO
Ağırlıqqaldırma üzrə Avropa çempionatının bu gün İrəvanda keçirilən açılış mərasimində erməni əxlaqsızlığı, hüquqtanımazlığı və düşmənçiliyinin daha bir nümunəsi yaşanıb.
News24.az xəbər verir ki, Azərbaycan bayrağı səhnəyə gətirilərkən yerdən bir erməni qaçaraq, Bayrağımızı qapıb və ona od vurub.
Hər kəsin gözü qarşısında erməninin bu cür hərəkəti azərbaycanlı idmançıların təhlükəsizliyinin qorunmaması və ya qəsd anlamına gələ bilər.
Xatırladaq ki, İrəvanda sabah start götürəcək yarışa Azərbaycandan Nazilə İsmayılova (49 kq), İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq) qatılıb.
Qeyd edək ki, Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarında erməni idmançılara hansı şərait yaradıldığını, onların necə qarşılandığını bütün dünya görmüşdü.
Ermənilər ötən gün əsir götürülən əsgərimizi vəhşicəsinə döyməklə, bu gün isə Bayrağımızı səhnədən qapıb, yandırmaqla əxlaqsız miskinlər olduqlarını bir daha nümayiş etdirdilər.