Qəza görüntülərini lentə alan bloqer saxlanıldı - FOTO
    • Dünən, 16:17
    • 461

Qəza görüntülərini lentə alan bloqer saxlanıldı - FOTO

Qazaxıstan polisi Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğradığı ərazidə çəkiliş aparan bloqer Azamat Sarsenbayevi həbs edib.

News24.az bildirir ki, bu barədə Manqistau vilayətinin polis idarəsindən məlumat verilib.

Azamat Sarsenbayev özü də "Facebook" səhifəsində həbsindən danışıb.

"Məni saxladılar. Aktaunun polis idarəsinə gedirəm. Çox güman ki, təyyarənin qəzaya uğradığı yerdə çəkilişlərə görə. Hazırda bütün dünya KİV-i mənim fotolarımdan istifadə edir", - deyə o, paylaşımda bildirib.

Manqistau polis idarəsi bloqerin saxlanması ilə bağlı açıqlama verib.

"Vətəndaş S.A. polis tərəfindən ictimai asayişi pozduğuna görə saxlanılıb. O, hadisə yerində drondan istifadə edib ki, bununla da xilasetmə xidmətlərinin işinə və istintaq tədbirlərinə maneə törədib, o cümlədən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb. Hazırda qanun pozucusu polis idarəsinə aparılıb və orada barəsində mövcud qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək", - deyə qurumdan bildirilib. (oxu.az)