Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanıldı
    • 17-04-2023, 09:48
    • 214

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanıldı

Aprelin 15-də və 16-da ölkə ərazisində qeydə alınan 103, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Bilıdirilib ki, axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.        

Narkotiklərlə əlaqəli 50, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 91 nəfər saxlanılıb.