Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı
    • 27-08-2022, 10:31
    • 331

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Avqustun 26-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

News24.az-a DİN-dən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 68, o cümlədən borclu şəxs qismində axtarışda olan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb.   
 
Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.