Culfa sakinindən silah-sursat aşkarlandı
    • 17-04-2023, 11:43
    • 201

Culfa sakinindən silah-sursat aşkarlandı

Culfa sakinindən silah-sursat aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Culfa Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında Xanəgah kənd sakini Adil Yusifovun evində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan 3 ədəd 7,62 çaplı patron, 1 ədəd süngü bıçaq və 1 ədəd durbin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun kəndin “Buzxana” adlanan ərazisində “AK-74” markalı avtomat silahı, 2 ədəd daraq, 524 ədəd müxtəlif çaplı patron və 1 ədəd “Maqnum” markalı ov tüfəngini gizlətməsi də müəyyən olunub.

Davam etdirilən tədbirlərlə həmin yerə baxış zamanı qeyd edilən silahlar oradan aşkar olunaraq götürülüb.