Quba sakinindən silah-sursat götürüldü
    • 17-05-2021, 12:44
    • 318

Quba sakinindən silah-sursat götürüldü

Quba rayon sakinində silah-sursat aşkarlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dağlı kənd sakini Q.Əliməmmədovun yaşadığı evə baxış zamanı oradan 3 ədəd “TOZ”, “Karabin” və “İJ” markalı tüfənglər, 1 ədəd patrondaş, 54 ədəd patron, patron hazırlamaq üçün qırma, barıt və alətlər aşkar edilərək götürülüb.