-
- 17-04-2023, 15:10
- 736
Problemli kreditlərin həcmi AÇIQLANDI
2023-cü il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5 faiz artaraq, milli valyuta ekvivalentində 20259,2 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən (DSK) News24.az-a verilən məlumata görə, ümumi kredit portfelinin 16656,3 milyon manatı və ya 82,2 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Kreditlərin 97,1 faizi banklar, 2,9 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 17,4 faiz azalaraq 583,8 milyon manat olub və ümumi kredit portfelinin 2,9 faizini təşkil edib.