Nazilədən onu məhkəmədə udacağını deyən Fatiməyə: “Yəqin, ona söz veriblər ki…” - QALMAQAL BÖYÜDÜ
    • 17-04-2023, 17:59
    • 450

Nazilədən onu məhkəmədə udacağını deyən Fatiməyə: “Yəqin, ona söz veriblər ki…” - QALMAQAL BÖYÜDÜ

“Yəqin, ona məhkəməni udacağına söz veriblər”.

News24.az xəbər verir ki, bunu rəqqasə Fatimənin Apellyasiya Məhkəməsində onu udacağı ilə bağlı sözlərinə cavab olaraq şairə Nazilə Səfərli Yenicag.az-a açıqlamasında deyib.

Nazilənin qarşı tərəfin fikrinə mövqeyi sərt olub:

“Haqlıyıq ki, məhkəməni udmuşuq da. O da məhkəməni udarsa, udar. Yəqin ona məhkəməni udacağına söz veriblər. Məhkəmə orqanlarında yeni bir üsul, xidmət növü var ki, adama əvvəldən udacağına söz verirlər?! Qoy araşdırım görüm ölkəmizdə belə bir xidmət var, hansı ki, bəribaşdan təminat verirlər ki, sən məhkəməni udacaqsan? Yəni görüntüm olmağına rəğmən hər şeyi silə bilərik?”

Qeyd edək ki, Nazilə məhkəmədə Fatimədən 50 min təzminat istəyib.

Axşam.az-ın məlumatına görə, rəqqasə Fatimə Fətəliyeva şair Nazilə Səfərli ilə bağlı Apellyasiya Məhkəməsinə müraciət edib. O, məhkəməni udacağına əmin olduğunu bildirib: “Haqq-ədalət var, buna inanıram. Heç kim məhkəmədə mənə qalib gəlməyib”.