Fatimədən istədiyi 50 min təzminatdan DANIŞDI
    • 13-01-2023, 15:15
    • 357

Fatimədən istədiyi 50 min təzminatdan DANIŞDI

"Qarşı tərəfin vəkili bildirib ki, bu sözlər təhqir deyil. Sonra görüblər ki, qarşılıqlı diskusiya başlayıb, deyiblər, linqvistik ekspertizaya getsin. Gedib və yenidən qayıdıb məhkəməyə. Məhkəmə yenilənib, indi növbəti iclas nə vaxtdır bilmirəm".

News24.az xəbər verir ki, bu sözləri şair Nazilə Səfərli "Səhər mərkəzi" verilişində deyib. O, rəqqasə Fatimə Fətəliyeva ilə aralarındakı məhkəmə prosesindən danışıb: 

"İndi 50 min manat ödəyər, ağlı başına gələr. Deyir, gecə məndən rəqs paltarı alıb hara, kimin üçün oynamağa getmişdin? Bunu bir şairəyə, böyük oğlanları, gəlini olan insana demək olmaz. Bu, namusa, vicdana ləkədir. Ona 15 gün vaxt verdim ki, üzr istəsin, ya da sübut etsin. Xəbər göndərdi ki, o kimdir üzr istəyim? Onunla barışmaq fikrim yoxdur".

Qeyd edək ki, Nazilənin məhkəmədə Fatimədən 50 min təzminat istəməsini Axşam.az saytı yayımlamışdı. 

Xatırladaq ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib./ axşam.az