Fatimə Nazilənin atmacasına CAVAB VERDİ
    • 12-01-2023, 15:37
    • 243

Fatimə Nazilənin atmacasına CAVAB VERDİ

“31 dekabrda hamı gördü ki, estradamızın divası Aygün Kazımova böyük barışıq etdi. Xatunla olan soyuq münasibətə son qoydu. Bundan sonra bir-birimizi görəndə salamlaşacağıq. İçimdə Xatuna qarşı kin yoxdur”.  

Bu sözləri News24.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib. O, şairə Nazilə Səfərovanın “Fatimə kimdir ki, mənim düşmənim ola?” sözlərinə də münasibət bildirib: 

“Onun haqqında danışmaq məcburiyyətində deyiləm. Vəkilim işi aparır. Haqq-ədalət öz yerini tapacaq.  Mənim kim olmağıma qalanda Azərbaycanın tanınmış simasından başqa, Allahın sevimli bəndəsiyəm. Allahımdan çox razıyam. Bu illər ərzində xalqımızdan sevgi, hörmət görmüşəm. Allah hamının ürəyinə görə versin. 
Bu vaxta qədər səbirsiz yanaşmışamsa, artıq səbirliyəm. Allah səbir edən insanları alqışlayır”. 
Qeyd edək ki, Nazilə Səfərli ilə rəqqasə Fatimə uzun müddətdir ki, qalmaqal yaşayır.


Könül İBRAHİM