-
- 18-04-2023, 00:00
- 325
Makron pensiya islahatı haqqında qanunun qüvvəyə minəcəyi tarixi açıqlayıb
Fransada pensiya islahatı haqqında qanun 2023-cü ilin payızında qüvvəyə minəcək.
News24.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.
“Bildiyiniz kimi, Konstitusiya Şurası aprelin 15-də pensiya islahatını təsdiq edib və qanuni kimi tanıyıb”, - Makron bildirib.
Makron islahatın cəmiyyət tərəfindən aydın şəkildə qəbul edilmədiyini də bildirib və qeyd edib ki, bununla bağlı konsensusun tapılmaması təəssüfləndirici haldır.
Qeyd edək ki, islahat pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutur.
Fransada pensiya islahatına qarşı kütləvi küçə etirazları yanvarın sonundan davam edir.