Bakı-Sumqayıt yolunda dəhşətli qəza - VİDEO
    • 18-04-2023, 18:22
    • 261

Bakı-Sumqayıt yolunda dəhşətli qəza - VİDEO

Dünən gecə Bakı-Sumqayıt yolunda ağır qəza baş verib.

News24.az xəbər verir ki, minik avtomobili yüksək sürətlə hərəkətdə olarkən yoldan çıxaraq şam ağacına çırpılıb. Zərbənin gücündən çoxillik ağac qırılıb, avtomobil isə bir neçə hissəyə bölünüb. Avtomobilin sürücüsü qəza zamanı ağır xəsarətlər alıb və ona yoldan keçənlər kömək etməyə çalışıb.
Baş vermiş qəzanın görüntülərini təqdim edirik:

Taleh BAĞIROV