Pekində xəstəxanada baş verən yanğında 21 nəfər ölüb
    • 18-04-2023, 21:35
    • 270

Pekində xəstəxanada baş verən yanğında 21 nəfər ölüb

Çinin paytaxtı Pekində xəstəxanada baş verən yanğın nəticəsində azı 21 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, xəstəxanada olan 71 pasiyent təxliyə edilib.

Qeyd edilib ki, bu yanğın Pekində son illərin ən ölümcül hadisələrindən biridir.

Pekində sonuncu dəfə ağır yanğın hadisəsi 2017-ci ildə baş verib və həmin vaxt 19 nəfər həyatını itirib.