Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər
    • 23-04-2019, 18:50
    • 777

Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər

Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində görüşəcəklər.

News24.az ONA-ya istinadən xəbər verir ki, bu barədə "TASS" İnformasiya Agentliyinə Rusiya prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuriy Uşakov bildirib. O, görüşdə ikitərəfli əlaqələr və digər beynəlxalq məsələlərlə bağlı dialoqun aparılacağını deyib.  

Qeyd edək ki, aprelin 26-27-də Çinin paytaxtı Pekində “Bir kəmər, bir yol” forumu keçiriləcək.