Murat Bozun keçmiş arvadını əsəbləşdirdilər - FOTO
    • 11-02-2019, 18:36
    • 1 015

Murat Bozun keçmiş arvadını əsəbləşdirdilər - FOTO

Türkiyənin pop starı Murat Bozun keçmiş arvadı Eliz Sakuçoğlunu qəzəbləndiriblər.

Sakuçoğlunun instagramında izləyicilərindən birinin "həmişə maddi durumu yüksək olan kişiləri seçirsən" yazması onu özündən çıxardıb.

İzləyicisinin yazdığına sərt reaksiya verən model-dizayner "Məni heç vaxt pul maraqlandırmayıb. Başqaları kimi özümə sponsor-sevgili axtarmıram. Hesablarımı həmişə özüm ödəmişəm, çünki ailəm məni belə öyrədib. Bank hesabı böyük olan kişinin gücü mənə yetməz. Mən ürəyi böyük olan, cibində qəpiyi olmayan birini başıma tac, canıma yoldaş edərəm" - deyə, cavab verib.

News24.Az