Murat Bozun növbəti Bakı konserti - FOTO - VİDEO
    • 22-12-2018, 13:55
    • 1 407

Murat Bozun növbəti Bakı konserti - FOTO - VİDEO

Ötən gün Bakı Konqres Mərkəzində türkiyəli məşhur müğənni Murat Boz konsert proqramı ilə çıxış edib.

News24.az xəbər verir ki, bu konsert də əvvəlkilər kimi 40 dəqiqə gecikmə ilə başladı. Həmin vaxt ərzində isə Murat Bozun "O ses Türkiye”dəki məzəli çıxışlarından ibarət kollaj yayımlanıb. Saytlara açıqlama verməkdən imtina edərək ancaq telekanalların kamerası qarşısına keçən ifaçı səhnəyə çıxar-çıxmaz, zalda canlanma başladı. Ard-arda sevilən mahnılarını səsləndirən M.Boz dinləyiciləri ələ almağı bacarıb. Sevənləri ilə tez-tez ünsiyyət quran və onlarla birgə mahnılarını səsləndirən ifaçı Murad adlı azyaşlı fanatını səhnəyə dəvət edib və "Adını bilen yazsın" adlı bəstəsini oxuyub. Daha sonra isə məkanda olan tamaşaçıların yanına gəlmək istəyən qonaq müğənni onlardan ayağa qalxmamağı xahiş edib. Lakin, onun bu arzusu elə arzu olaraq da qalıb. Murat Boz səhnədən enən kimi, tamaşaçılar onu əhatəyə alıb.  

Konsertin aparıcısı Cavid Gül idi.

Teymur MƏMMƏDOV
Foto/Video: Səməd AĞAYEV