Azərbaycanlı qız Murad Bozun təklifini rədd etdi
    • 19-11-2018, 16:10
    • 1 067

Azərbaycanlı qız Murad Bozun təklifini rədd etdi

"O səs Türkiyə" yarışmasına azərbaycanlı olan Funda adlı qız qatılıb. News24.az xəbər verir ki, münsif kürsüsündə əyləşən Murad Boz maraqlı addım atıb. Qız "Benim dünyam" adlı mahnı səsləndirib.

Murad qıza "Əgər məni seçsən, Bakıda keçiriləcək konsertimdə səninlə duet oxuyacam" deyib. Bozun bu təklifinə baxmayaraq Funda anasının istəyi ilə münsif kürsüsündə olan Seda Sayanı seçib. Onlar hətta mahnını duet şəklində oxuyublar.

Qeyd edək ki, Murad Bozun konserti 21 dekabrda Bakı Kongres Mərkəzində keçiriləcək.