Naxçıvanda 18 yaşlı oğlanı it dişləyib
    • 19-04-2023, 22:03
    • 241

Naxçıvanda 18 yaşlı oğlanı it dişləyib

Naxçıvanda 18 yaşlı gənci sahibsiz it dişləyib.

Hadisə bu gün axşam saatlarında Babək rayon Cəhri kəndində baş verib.

Kənd sakini 2005-ci il təvəllüdlü Süleymanov Eldəniz Süleyman oğlu it dişləməsi xəsarəti ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasına gətirilib.

Xəstəxanadan bildirilib ki, Eldəniz Süleymanov sahibsiz itin hücumuna məruz qalıb və xəsarət alıb.

Gənc oğlana tibbi yardım göstərilib, ambulator müalicə almaq şərti ilə evə buraxılıb. /APA/