-
- 19-04-2023, 22:29
- 409
Azərbaycanda taksidən istifadə edən sərnişinlərin sayı azaldı
2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyatçılar 423,7 milyon sərnişinə xidmət göstəriblər.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 369,0 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,0 faiz və 23,8 faiz artım qeydə alınıb.
Sərnişinlərin 95,5 faizi avtobus, 4,5 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 22,6 faiz artıb.
Qeyd edək ki, 2022-ci ildə sərnişinlərin 94,0 faizi avtobus, 6,0 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib.
Bu ilin göstəricilərinə əsasən, taksidən istifadə edən sərnişinlərin sayı azalıb. /Teleqraf.com/