Biləsuvarda kütləvi dava: xəsarət alanlar var
    • 20-04-2023, 21:38
    • 415

Biləsuvarda kütləvi dava: xəsarət alanlar var

Biləsuvarda kütləvi dava zamanı üç nəfər xəsarət alıb.

Hadisə rayon ərazisində yerləşən kafelərdən birində qeydə alınıb.

Hadisə zamanı rayon sakinləri - 1984-cü il təvəllüdlü T.Nərimanov, 1973-cü il təvəllüdlü E.Hüseynov və 1982-ci il təvəllüdlü R.Abbasov xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb. Davanın hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır. /Report/