Biləsuvarda dəhşətli qəza - YARALANANLAR VAR
    • 29-12-2022, 17:01
    • 304

Biləsuvarda dəhşətli qəza - YARALANANLAR VAR

Biləsuvar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində Bakı şəhər sakinləri - 1971-ci təvəllüdlü S.Süleymanova və 1975-ci il təvəllüdlü Ə.Hüseynova xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./unikal/