Saatlı sakini həmkəndlisini çayxanada bıçaqladı
    • 21-04-2023, 11:27
    • 221

Saatlı sakini həmkəndlisini çayxanada bıçaqladı

Saatlıda bıçaqlanma olub.

News24.az xəbər verir ki, 1986-cı il təvəllüdlü Saatlı rayonu Əlisoltanlı kənd sakini Məhərrəmov Baloğlan Vaqif oğlu yaşadıqları kənddə yerləşən çayxanada aralarında yaranmış mübahisə zamanı həmkəndlisi, 1982-ci il təvəllüdlü Qasımov Rəvan Əlipaşa oğlunun bədəninin müxtəlif nahiyyələrinə bıçaqla xəsarət yetirib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq bölməsində 19 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Baloğlan Məhərrəmov şübhəli şəxs qismində tutulub.