Yeni il gecəsi ürəyindən bıçaqladı – Samuxda qanlı dava
    • 6-01-2023, 14:56
    • 246

Yeni il gecəsi ürəyindən bıçaqladı – Samuxda qanlı dava

Samux rayonu Yenikənd kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

News24.az-ın əldə etdiyi məlumata görə, kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Rövşən Zülfüqar oğlu yanvarın 1-i gecə saat 03 radələrində həmkəndlisi, 1975-ci il təvəllüdlü Zakirov Eldəniz Sabir oğluna bıçaqla döş qəfəsinin daxilə keçən yarasından ibarət xəsarət yetirib.
Faktla bağlı Samux RPŞ-də cinayət işi başlanılaraq istintaq aparılır.

42 yaşlı kişinin həmkəndlisini hansı səbəbdən bıçaqlaması məlum deyil.

Taleh BAĞIROV