Lionel Messi Liqa 1-də tarixə düşdü
    • 22-04-2023, 12:43
    • 270

Lionel Messi Liqa 1-də tarixə düşdü

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Liqa 1-də tarixə düşüb.

News24.az
"Report"-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna "Anje"yə 2:1 hesabı ilə qalib gəldikləri XXXII tur matçında nail olub.

Görüşdə məhsuldar ötürmə ilə yadda qalan təcrübəli forvard cari mövsüm 15-ci assistini gerçəkləşdirib. O, bu rəqəmə ən tez çatan oyunçu adına sahib çıxıb. Argentinalı futbolçu buna 27 qarşılaşmada müvəffəq olub.

Bundan əlavə, Messi 2006/2007 mövsümündən sonra Eden Azar və Kilian Mbappedən sonra Liqa 1-də 15 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olan üçüncü oyunçudur.